Xəbərlər

Hollandiya Afrikaya BMT TŞ-də daimi yer verilməsini istəyib

Hollandiya Afrikaya BMT Təhlükəsizlik Şurasında (TŞ) daimi yer verilməsini zəruri hesab edib.

“Füyuzat”ın məlumatına görə, bunu Hollandiyanın Baş naziri Dik Şof
BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

“BMT Təhlükəsizlik Şurasındakı vəziyyət artıq XXI əsrin reallıqlarını əks etdirmir. BMT-nin legitimliyini, gücünü və canlılığını qorumaq üçün yerlər coğrafi olaraq daha yaxşı bölüşdürülməlidir. Hollandiya Krallığı bu cür islahatları mümkün edən təklifləri tam dəstəkləyir”, – Baş nazir əlavə edib.