Xəbərlər

Hollandiya antisemitizmlə mübarizə üçün 4,5 milyon avro ayıracaq

“Hollandiya hökuməti ötən həftə Amsterdamda israillilərə qarşı hücumdan sonra ölkədə antisemitizmlə mübarizə üçün 4,5 milyon avro dəyərində vəsait ayıracaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Trouw” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, bu vəsaitin 2,2 milyon avrosu yəhudi müəssisələrinin, o cümlədən məktəblərin qorunmasına yönəldiləcək.

“Bu tədbirlər hakimiyyətin antisemitizmlə mübarizə üzrə hazırda hazırlanmaqda olan hərtərəfli strategiyasının bir hissəsini təşkil edəcək. Krallığın paytaxtında israillilərə hücum belə bir strategiyaya təcili ehtiyac olduğunu göstərir. Biz bunu ciddi qəbul etmək niyyətindəyik”, – Hollandiyanın ədliyyə naziri David Van Viel qeyd edib.