Xəbərlər

Hollandiya Ukraynaya əlavə 4,4 milyard avro yardım ayırıb

Hollandiya hökuməti 2024-2026-cı illərdə Ukraynaya yardım üçün əlavə 4,4 milyard avro ayırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə 2024-cü il üçün yenilənmiş büdcə məlumatları və sonrakı illər üçün xərclər proqnozunu özündə əks etdirən rəsmi sənəddə bildirilib.

“Ukraynaya hərbi və humanitar yardım üçün əlavə 4,4 milyard avro ayrılacaq”, – sənəddə qeyd olunur.

Hollandiyanın baş naziri Mark Rutte bildirib ki, Hollandiya bu il Ukraynaya hərbi dəstək üçün əlavə 1 milyard avro ayırmağa və 2025-ci ildə yardım üçün büdcədən daha 3 milyard avro ayırmağa qərar verib. Bundan əlavə, Ukrayna iqtisadiyyatını ayaqda saxlamaq və kritik enerji infrastrukturunu təmir etmək üçün 400 milyon avro ayrılması planlaşdırılır.