Hollandiya Fransanın uzaqmənzilli raketlərin yaradılması təşəbbüsünə qoşulmaq qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bunu Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans deyib.
“Avropa ölkələrinin uzaqmənzilli raketlərə ehtiyacı var. Ona görə də Hollandiyanın onları inkişaf etdirmək üçün Fransanın təşəbbüsündə iştirak etmək istədiyini bildirdim”, – nazir əlavə edib.
Qeyd edilib ki, Fransanın ELSA (European Long-Range Strike Approach) təşəbbüsü çərçivəsində Avropa ölkələri min kilometrdən 2 min kilometrə qədər uçuş məsafəsinə malik yerüstü qanadlı raketlər hazırlamaq istəyirlər.
Layihədə Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, Polşanın və İsveçin də iştirak edəcəyi bildirilib.