Xəbərlər

Hollandiya və Danimarka Ukraynaya Leopard tankları göndərir

Hollandiya və Danimarka yayın sonuna qədər Ukraynaya 14 ədəd “Leopard 2A4” tanklarını təhvil verəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bildirib.

“Cəbhədəki ağır döyüşləri nəzərə alırıq. Ukraynanın daha çox hərbi dəstəyə ehtiyacı var. Bu tanklar Ukrayna ordusunun Rusiya qoşunlarından qorunmasında mühüm rol oynaya bilər”, – Ruben Brekelmans söyləyib.