Suriyanın yeni hakimiyyət orqanları ölkənin şimalında yerləşən PKK terrorçularından silahlarını qeyd-şərtsiz yerə qoymağı tələb edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Hürriyyet” qəzeti məlumat yayıb.
Verilən məlumata görə, Dəməşqdə yeni hakimiyyət nümayəndələri ilə PKK arasında iki görüş baş tutub. Bu görüşlərdə PKK-nın və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələri üzvlərinin silahları yerə qoyması tələb edilib.