Xəbərlər

Husilər Ben Qurion hava limanına hücum ediblər

Husilər Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanına raket zərbələri endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə hərəkatın sözçüsü Yəhya Səriyə bildirib.

“Yəmənin raket qüvvələri işğal olunmuş Yaffa bölgəsindəki Ben Qurion hava limanına Zülfiqar ballistik raketindən istifadə etməklə hücum edərək yüksək keyfiyyətli hərbi əməliyyat həyata keçirib. Əməliyyat öz məqsədinə nail olub”, – hərəkatın nümayəndəsi Husilərə məxsus “Əl Məsirə” telekanalında bildirib.