Xəbərlər

Husilər İsraildəki hərbi hədəflərə raket zərbələri endirib

Husilər hərəkatı İsraildəki hərbi hədəflərə “Qüds-5” qanadlı raketlərlə zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bunu Husilər hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya deyib.

“Yəmən Silahlı Qüvvələrinin Raket Qüvvələri işğal olunmuş Fələstin ərazisindəki sionist qurumun dərinliklərindəki hərbi hədəflərə üç qanadlı “Qüds-5″ raketi ataraq əməliyyat həyata keçirib”, – Səriya bildirib.