Yəməndə İranın dəstəklədiyi Husilər hərəkatı İsrailə doğru üzən gəmini hədəf aldıqlarını və gəmiyə ciddi ziyan vurduqlarını açıqlayıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Husilərin sözçüsü Yəhya Səriyə açıqlamasında Qırmızı dənizdə İsrailə gedən “Tutor” adlı gəmini hədəf aldıqlarını bildirib.
Gəminin pilotsuz uçuş aparatları (PUA) ilə vurulduğu və hücum nəticəsində gəminin ciddi şəkildə zədələndiyi, bata biləcəyini bildirilib.