Xəbərlər

Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub

Yəməndə Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini qanadlı raket və pilotsuz dəniz vasitəsi ilə vurduqlarını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, Husilərin nümayəndəsi Yəhya Səriyə açıqlamasında “Transworld Navigator” adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz vasitəsi ilə hədəfə alındığını, həmçinin “Seri”, “Stolt Sequoia” adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə vurulduğunu bildirib.