Xəbərlər

Husilərin Sənadakı hava limanı və hərbi obyektləri hava hücumlarına məruz qalıb

Husilər hərəkatının nəzarətində olan Yəmənin paytaxtı Səna şəhəri bir sıra hava hücumlarına məruz qalıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi TASS-a bildirib.

Qeyd edilib ki, şəhərdə güclü partlayış səsləri eşidilir.

“Sənə yenidən hücuma məruz qalıb. Beynəlxalq hava limanının ərazisinə, eləcə də paytaxtda və onun ətrafında yerləşən hərbi obyektlərə aviazərbələr endirilir”, – mənbə deyib.

Ancaq Yəmənin paytaxtına hansı ölkənin qüvvələrinin hücum etdiyi açıqlanmayıb.

Husilərə məxsus “Al Masirah” telekanalının məlumatına görə, Sənaya hava zərbələri ABŞ və Böyük Britaniya tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, hücumun hədəfi şəhərin qərbində yerləşən Main inzibati rayonu olub. “Al Arabiya” və “Al Hadath” telekanalları Husilərin silah yığdığı istehsalat obyektlərinin vurulduğunu iddia edir. Birinci zirehli diviziyanın keçmiş qərargahına hücum və Yəmən televiziyasının binası yaxınlığında partlayışlar barədə də xəbərlər yayılıb.