Xəbərlər

Hutsul: Moldova hakimiyyəti qəsdən qaqauzları separatçı kimi təqdim etməyə çalışır

“Moldova hakimiyyəti faktiki olaraq etnik ədavəti qızışdırır, moldovalıları məqsədli şəkildə qaqauzlara qarşı qoyur və onları separatçı kimi təqdim edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS-a Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Hutsul bildirib.

“Bu gün bizi öz aramızda vuruşmağa sövq edirlər. Moldovalılar və qaqauzlar arasında qəsdən etnik ədavəti qızışdırmağa başlayırlar. Moldovalıları qəsdən qaqauzlara qarşı təhrik edirlər”, – Hutsul qeyd edib.