Quba şəhərinin Heydər Əliyev mərkəzində I Quba Kitab Sərgisi fəaliyyətə başlayıb.
Bu sərgi “Zəfərin Uşaqları ilə Oxu Marafonu” layihəsinin uğurlu nəticəsi olaraq təşkil olunub.
Sərgidə ümumilikdə ölkənin ən yaxşı 30-a yaxın nəşriyyatı, eləcə də “MİMTA Yayımları” öz stendi ilə iştirak edir. Sərgi müddətində oxucuları müxtəlif nəşriyyatlardan yüksək endirimli kitablar, müəllif görüşləri, imza saatları və uşaqlar üçün maarifləndirici fəaliyyətlər gözləyir.
Sərgi Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Sərginin təşkilində Quba-Xaçmaz Regional Təhsil İdarəsi, MÜSİAD Azərbaycan, QİAD, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai birliyi tərəfdaş olaraq iştirak edir.
Kitab sərgisi 31 oktyabr, 1, 2 noyabr tarixlərini əhatə edəcək, 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.



