Xəbərlər

İDDİA: ABŞ İsrailə yarım tonluq bomba göndərəcək

ABŞ rəhbərliyinin hava hücumlarında istifadə etmək üçün İsrailə yarım ton ağırlığında MK-83 bombalarının göndərilməsinə razılıq verdiyi iddia edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “İsrael Hayom” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, iyulun sonunda ABŞ-a səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu Livan Hizbullahı ilə şimal sərhədində gərginliyin artacağı təqdirdə ABŞ Prezidenti Co Baydendən daha ağır bombalar göndərməsini istəyib.