Xəbərlər

İDDİA: Moskvada Ərdoğanla Əsəd arasında görüş keçirilə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında Moskvada görüş ehtimalı yüksəkdir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin “A Haber” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Rusiya Ərdoğan və Əsəd arasında görüşün keçiriləcəyi ehtimal olunan yerlər siyahısında birincidir.

Məlumatda həmçinin əlavə edilib ki, hazırda Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması, o cümlədən Əsədin Türkiyə ordusunun ölkədən geri çəkilməsinə dair yüksək səviyyəli danışıqların aparılmasının zəruriliyi ilə bağlı mövqeyinin yumşaldılması ilə bağlı məhsuldar dialoqa ümidlər var.