Xəbərlər

İDDİA: Paşinyan katolikos üçün yeni namizəd axtarır

“Ermənistanın Baş naziri Nikol Paşinyan erməni apostol kilsəsi ilə münaqişə səbəbindən yeni katolikos üçün namizəd axtarır və potensial namizədlərlə danışıqlar aparır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan bildirib.

“Mən bilirəm ki, o, katolikos ola biləcək insanlarla danışıqlar aparır. Onların yanına gedir, onları inandırır ki, “kilsə rəhbərliyinə qarşı ayağa qalxın”, – deyə Abrahamyan bildirib.

Eyni zamanda o, Paşinyanın uğur qazanmayacağına əminliyini ifadə edib: “Çünki kilsə güclüdür”.