Ukrayna prezidenti Volodimir Zelenski bu gün Oval ofisdə keçiriləcək görüşdə bəzi güzəştlərə razı ola bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Financial Times” ukraynalı mənbələrinə istinadən məlumat yayıb.
Qəzet yazır: “Bu, Donald Trampla münasibətləri bərpa etmək, Rusiyanın işğalçı hərəkətlərinə ədalətli şəkildə son qoymaq və ABŞ-ın Ukraynanın gələcək təhlükəsizliyinə təminatlarını möhkəmləndirmək üçün bir fürsətdir”.
Ukrayna prezidentinə yaxın yüksək vəzifəli məmur “Financial Times”a bildirib ki, Zelenskinin Oval Ofis danışıqlarında məqsədi Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən çıxarılması kimi qeyri-mümkün addımlar atmağa təzyiq edilmədən “sülh yolu ilə nizamlanma üçün effektiv proses” qurmaq olacaq.
Rəsmi bildirib ki, buna nail olmaq üçün Ukrayna prezidenti hazırkı cəbhə xətti boyunca ukraynalılar üçün qəbuledilən ola biləcək “məqbul kompromis”ə getməyə hazırdır. Ancaq bu güzəştlərin konkret nələrdən ibarət ola biləcəyi açıqlanmayıb.



