Xəbərlər

İDF: İran İsrailə 100-dən çox PUA göndərib

“İran son saatlarda İsrailə 100-dən çox pilotsuz uçuş avadanlığı (PUA) göndərib”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Efi Defrin brifinqdə deyib.

“Son saatlarda İran öz ərazisindən İsrail dövlətinin ərazisinə doğru 100-dən çox pilotsuz uçuş aparatı göndərib. Təhlükələrə qarşı mübarizə aparmaq üçün bütün sistemlər hazırdır”, – o əlavə edib.