“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nizami rayonundakı Heydər Əliyev adına parkda artıq ənənə halını almış III Bilik Kitab Sərgisi keçirilir.
“Füyuzat”ın məlumatına görə, layihənin məqsədi ölkədə kitabçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiyasını aktual saxlamaq, oxucu – yazıçı münasibətlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla cəmiyyətə mütaliənin əhəmiyyətini aşılamaqdır.
Sərgidə məktəbli ləvazimatları, test topluları, vəsaitlər, həmçinin bədii kitabların satışı təşkil olunub.
Sərgiyə 20-dən çox nəşriyyat və mağaza qatılıb.Üç günlük kitab bayramında 80 faizədək endirim nəzərdə tutulub. Giriş sərbəstdir.
Qeyd edək ki, I Bilik Kitab Sərgisi 2022-ci ilin 9–11 sentyabrında, II Bilik Kitab Sərgisi isə 2023-cü ilin 8–10 sentyabr tarixlərində paytaxtın Nizami rayonundakı Heydər Əliyev adına parkda keçirilib.
III Bilik Kitab Sərgisi isə 29–31 avqust tarixlərində keçirilir.



