Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 704 manat təşkil edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, dövlət sektorunda bu göstərici 1 496 manat, özəl sektorda isə 1 855 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 12,5 %, o cümlədən dövlət sektorunda 16,3 %, özəl sektorunda isə 9,7 % artıb.Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı avqustun 1-nə 33,7 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3,7 % çoxdur.