Xəbərlər

İlham Əliyev Türkiyəyə səfər edəcək

İlham Əliyev Türkiyəyə səfər edəcək

“Azərbaycan prezidenti cənab İlham Əliyev Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il iyunun 19-da cümə axşamı günü Türkiyəyə səfər edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun bəyanatında bildirilib.

“Səfər çərçivəsində cənab prezidentimiz və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevral ayında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin açılışı həyata keçiriləcək.

Səfər zamanı Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, – bəyanatda qeyd edilib.