Amerikalı sahibkar İlon Maskın süni intellekt şirkəti xAI Apple və OpenAI-ni məhkəməyə verib. Buna səbəb kimi App Store-u inhisara almaq və rəqiblərinə qarşı qanunsuz rəqabət aparmaq göstərilib.
“Füyuzat”ın məlumatına görə, OpenAI və Apple arasında xüsusi razılaşma səbəbindən X və xAI tətbiqləri App Store-da görməzdən gəlinməkdədir.
Şikayətdə iddia edilir ki, Apple və OpenAI xAI məhsullarını, xüsusən də Grok-u mağazada daha az gözə çarpdıraraq X platformasının və Musk-a məxsus digər proqramların reytinqinin düşməsinə səbəb olub.



