Xəbərlər

“İmadəddin Nəsimi Şirvani” kitabının təqdimatı keçirilib

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoyun “İmadəddin Nəsimi Şirvani” adlı kitabının təqdimatı keçirilib.

“Füyuzat“ın məlumatına görə, təqdimatda çıxış edən müəllif əsərin ərsəyə gəlmə prosesi, toplanan materiallar və faktların əhəmiyyəti barədə danışıb.

Firudin Qurbansoy vurğulayıb ki, İmadəddin Nəsiminin zəngin irsi bu gün də aktuallığını qoruyur və onun poeziyasında yer alan humanizm, azadlıq və mənəvi bütövlük ideyaları müasir oxucu üçün dərin mənəvi mənbə rolunu oynayır.

Tədbir iştirakçıları kitab haqqında ətraflı məlumat əldə edib, müəllifin Nəsimi irsinin tədqiqinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.