İndoneziya BRİCS-in yeni üzvü seçilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İndoneziya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“İndoneziyanın BRİCS-ə üzv olması onun qlobal məsələlərdə artan və fəal rolunu, eləcə də daha əhatəli və ədalətli qlobal nizamın bərqərar olması üçün çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə sadiqliyini nümayiş etdirir”, – məlumatda bildirilib.