Xəbərlər

İndoneziya BRİCS-ə üzv olmaq istəyir

İndoneziyanın yeni Prezidenti Prabowo Subianto ölkəsinin BRİCS assosiasiyasına üzv olmasının vacib olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, o bu barədə jurnalistlərə deyib.

“Biz inanırıq ki, İndoneziya bu formatda iştirak etməlidir. Biz BRİCS-də iqtisadiyyatımızı daha da inkişaf etdirə bilərik və bir neçə qonşumuz artıq bu formata qoşulub”, – dövlət başçısı əlavə edib.