“BRİCS-in tərəfdaş ölkəsi statusunu almış İndoneziya assosiasiyaya tamhüquqlu iştirakçı kimi daxil olmaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bunu İndoneziyanın Rusiya Federasiyasındakı səfiri Xose Antonio Morato Tavares deyib.
“Biz ikitərəfli münasibətlərin gələcəyinə müsbət baxırıq, İndoneziya BRİCS-ə qoşulmaqda maraqlıdır”, – o, Rusiya Dövlət Humanitar Elmlər Universitetində Rusiya ilə İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə həsr olunmuş konfransda çıxış edərkən deyib.
Diplomat həmçinin qeyd edib ki, İndoneziya ilə Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlar davam edir.
“2023-cü ildə İndoneziyaya 161 mindən çox rusiyalı turist, 2024-cü ilin yanvar-oktyabr aylarında isə 144 mindən çox rusiyalı turist gəlib”, – səfir əlavə edib.