İndoneziya Müdafiə Nazirliyi fransız istehsalçı “Dassault Aviation”dan daha 18 ədəd “Rafale” döyüş təyyarəsi aldığını bildirib. Beləliklə Cakartaya ümumilikdə 42 ədəd təyyarə təhvil veriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Jakarta Globe” məlumat yayıb.
“6 və 18 ədəd olmaqla “Rafale” döyüş təyyarəsinin alınması ilə bağlı əvvəlki razılaşmalar müvafiq olaraq 2022-ci ilin sentyabrında və 2023-cü ilin avqustunda qüvvəyə minib. Üçüncü alış prosesinin başlaması ilə istehsalçı “Dassault Aviation” 4+ nəsil daha 18 ədəd qırıcının istehsalına başlayacaq, bununla da İndoneziya hökuməti 42 ədəd təyyarə alacaq”, – Müdafiə Nazirliyi bəyanatında bildirib.
Nəşrin məlumatına görə, Cakarta 2026-cı ildə qırıcı təyyarələrin ilk partiyasını təhvil alacaq. “Dassault Aviation” şirkətinin sədri və baş direktoru Erik Trappier bildirib ki, İndoneziya Fransa qırıcılarını aldıqdan sonra böyük regional güc kimi rolunu gücləndirə bilər.