İndoneziya Prezidenti Coko Vidodo Roma Papasının bu ölkəyə səfəri zamanı onunla qlobal sülh problemlərini, Ukrayna və Qəzza zolağında mövcud münaqişələri müzakirə edəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“İlk növbədə, biz sülh məsələlərinə diqqət yetirəcəyik. Papa ilə bu məsələləri müzakirə etmək bizim üçün çox vacibdir. Biz Qəzzada, Ukraynada və dünyada davam edən digər kiçik münaqişələr də daxil olmaqla, bütün münaqişə zonalarında sülhün bərqərar olmasına sadiqik”, – Coko Vidodo bildirib.
Qryd edilib ki, Papa sentyabrın 4-dən 6-dək İndoneziyaya səfər edəcək.