Xəbərlər

İndoneziya və ABŞ birgə hərbi təlimlərə başlayıb

İndoneziya və ABŞ kibertəhlükəsizliklə bağlı “Super Garuda Shield” adlı birgə illik hərbi təlimlərə başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Nikkei Asia” məlumat yayıb.

Təlimlər Yava adasının şərq hissəsində yerləşən Surabayadakı hərbi-dəniz bazasında başlayıb.

Qeyd edilib ki, təlimlərin keçirilməsi regionda kibertəhlükələrin artması ilə bağlıdır.

Manevrlər sentyabrın 6-dək davam edəcək.