Xəbərlər

İngiltərə, ABŞ, Fransa və Almaniyadan ortaq bəyanat: Suriyada gərginlik azaldılmalıdır

“Suriyadakı bütün tərəflər gərginliyi azaltmağa, eləcə də mülki əhalinin təhlükəsizliyini təmin etməyə çalışmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniya, Almaniya, ABŞ və Fransanın birgə bəyanatında bildirilib.

“Biz Suriyadakı hadisələri diqqətlə izləyirik, bütün tərəfləri insanların yerdəyişməsinin və humanitar yardıma girişin məhdudlaşdırılmasının qarşısını almaq üçün gərginliyi azaltmağa çağırırıq”, – sənəddə qeyd olunub.