Xəbərlər

İngiltərə Fələstinin müstəqilliyini tanıya bilər

Oktyabrın 7-dən sonra tez-tez İsrailə dəstəyini ifadə edən və bunu baş nazir Rişi Sunakın Təl-Əvivə səfəri ilə nümayiş etdirən İngiltərədən iki dövlətli həll ilə bağlı yeni fikirlər səslənib.

“Füyuzat”ın məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron iki dövlətli həll ilə bağlı yeni açıqlama verib.

Nazir diplomatik addımlar arasında Fələstin dövlətinin tanınması mövzusunun da masada olduğuna işarə edib.

“Belə olarsa, Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla müttəfiqlərimizlə birlikdə Fələstin dövlətinin tanınması məsələsinə baxacağıq. Bu, sözügedən prosesi dönməz hala gətirən səbəblərdən biri ola bilər”, – Kameron qeyd edib.