Xəbərlər

İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib

Azərbaycanda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliyi təsdiqləyib.

Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndəriləcək.

Dövlət başçısının imzaladığı müvafiq Fərmanla müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Miqrasiya Xidməti həyata keçirəcək.