Xəbərlər

İordaniya hava sərhəddini keçən bir neçə raket və PUA-nı vurub

İordaniyanın Hava Hücumundan Müdafiə Qüvvələri bu səhər krallığın hava məkanına daxil olan bir neçə raket və pilotsuz uçan aparatını vurub.

“Füyuzat”ın məlumatına görə, bu barədə İordaniyanın rəsmi xəbər agentliyi “Petra” məlumat yayıb.

Qeyd edilib ki, hazırda döyüş təyyarələri də İordaniya səmasını qorumaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.

Agentlik vurulan raket və PUA-ların hansı ölkədən İordaniya səmasına daxil olduğunu dəqiqləşdirməyib.