Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ səfiri Robin Dunniqanla görüş keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Georgia today” məlumat yayıb.
Kobaxidze Dunniqana ABŞ Dövlət Departamentinin son qərarı ilə bağlı narahatlıqlarını bölüşüb.
Baş nazir vurğulayıb ki, vətəndaşların viza məhdudiyyətləri və sanksiyalar narahatlıq yaradır.
O, səfirə bu cür qərarların ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirdiyini və gələcək hərəkətlərin iki ölkə arasındakı dinamikanın yenidən qiymətləndirilməsi ilə nəticələnə biləcəyini bildirib.