Xəbərlər

İran: ABŞ və İsrailin mülki nüvə obyektlərinə hücumları qlobal təhlükəsizliyi təhdid edir

İranın BMT Baş Assambleyasındakı səfiri Əmir Səid İrəvani ABŞ və İsraili İranın dinc nüvə obyektlərinə qəsdən hücum etməkdə ittiham edərək, bunu beynəlxalq hüququn kobud şəkildə pozulması və qlobal təhlükəsizliyə təhdid adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi səfirin sözlərinə istinadən məlumat yayıb.

“İranın MAQATE-nin nəzarəti altında olan və sırf dinc məqsədlər üçün nəzərdə tutulan obyektləri BMT Nizamnaməsinə zidd olaraq qəsdən hücuma məruz qalıb.

Bu hərəkətlər çoxtərəfli sistemin əsaslarına birbaşa hücumdur, beynəlxalq silahlara nəzarət sistemini sarsıdır, beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradır”, – iranlı diplomat bildirib.