İran Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Rusiyaya ballistik raketlər göndərdiyi iddiası ilə Tehrana qarşı tətbiq etdiyi sanksiyaları qəti şəkildə pisləyib.
“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
Bəqayi Aİ və Böyük Britaniyanın ölkələrin müdafiə və hərbi sahədə qanuni əlaqələrinə müdaxiləsini pisləyib və vurğulayıb ki, İran İslam Respublikası milli maraqları və milli təhlükəsizliyini təmin etmək üçün tərəfdaşları ilə əməkdaşlıqda bütün imkanlardan istifadə edəcək.