Xəbərlər

İran: Avropa Tehrana qarşı sanksiyalar məsələsindəki roluna dair qərar verməlidir

“Avropa İrana qarşı sanksiyaların yumşaldılması və ləğvi prosesində mənalı rol oynayıb-oynamayacağına qərar verməlidir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Avropa ölkələri İrana qarşı sanksiyaların aradan qaldırılmasında konstruktiv rol oynamaq və öz mövqelərini bərpa etmək, yoxsa bu prosesdə dağıdıcı qüvvə kimi çıxış etmək istədikləri barədə qərar verməlidirlər. Avropa bu prosesin asanlaşdırılmasında yaxşı təcrübə toplayıb və Birgə Hərtərəfli Fəaliyyət Planının formalaşmasında çox mühüm rol oynayıb. Bu müddət ərzində biz İran İslam Respublikası ilə bağlı yaxşı münasibətlərin mümkünlüyü barədə Avropa ölkələrini məlumatlandırmışıq”, – nazirlikdən bildirilib.