Xəbərlər

İran BMT Təhlükəsizlik Şurasına çağırış edib

İran BMT Təhlükəsizlik Şurasını İsrail ordusunun Suriyadakı hərəkətlərini dayandırması üçün təcili tədbirlər görməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

Bəqayi Suriya xalqının rejim dəyişikliyinin səbəb olduğu yeni reallıqlarla üzləşdiyi bir vaxtda İsrailin Suriya ərazisinə hərbi müdaxiləsini pisləyib və bunu BMT Nizamnaməsinin kobud şəkildə pozulması adlandırıb.

O, İsraili dəstəkləyən Qərb ölkələrini beynəlxalq hüququn kobud şəkildə pozulması ilə bağlı susqunluğu və hərəkətsizliyinə görə sərt tənqid edib.