Sabah Tehranda İran, Çin və Rusiya nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.
“İyulun 22-də Tehranda İran, Çin və Rusiya arasında üçtərəfli görüş keçiriləcək. Bu görüşün əsas mövzularından biri nüvə problemi, həmçinin sanksiyaların qaldırılması məsələsinin müzakirəsi olacaq”, – o əlavə edib.