Xəbərlər

İran: Haniyənin öldürülməsi İsrailə baha başa gələcək

“İsrailin Tehranda törətdiyi əməl onlara baha başa gələcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani söyləyib.

“İsrail Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinin əvəzini ödəyəcək” , – o bildirib.

Əli Baqeri vurğulayıb ki, müharibəni bütün Yaxın Şərqə yaymaq istəyən İsrailin İslam Respublikası ilə qarşılaşmağa nə gücü, nə də imkanları var.