Xəbərlər

İran HƏMAS və İsrail arasında atəşkəs razılaşmasını dəstəkləyəcək

“İran HƏMAS və İsrail arasında istənilən atəşkəs razılaşmasını dəstəkləyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Heya ilə söhbətində deyib.

“Yeni hökumətin gəlişindən sonra Qəzza zolağında münaqişə ilə bağlı Tehranın mövqeyi dəyişməz olaraq qalacaq və İran əvvəlki kimi Fələstinə dəstəyini davam etdirəcək”, – Əraqçi bildirib.