İran Hərbi Dəniz Qüvvələri Oman körfəzi və Hind okeanının şimalında geniş spektrli dəqiq qanadlı raketlərdən istifadə etməklə raket təlimləri keçirəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə kapitan Abbas Həsəni məlumat verib.
Verilən məlumata görə, təlimlər 21-22 avqust cümə axşamı və cümə günləri keçiriləcək.



