Xəbərlər

İran hərbi xərclərini 200% artırmaq niyyətindədir

İran hökuməti yeni büdcə layihəsində 2025-ci il martın 20-dən hərbi xərcləri 200% artırmağı planlaşdırıb.

“Füyuzat”ın məlumatına görə, bunu İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Fatimeh Mohacerani deyib.

Qeyd edək ki, Mohacerani oktyabrın 26-da İsrailin ölkənin hərbi obyektlərinə endirdiyi zərbələr zamanı İslam Respublikası Silahlı Qüvvələrinin uğurlu fəaliyyətini qeyd edib və müdafiə qüdrətini qorumaq üçün müdafiə sənayesinin ehtiyaclarını ödəmək lazım olduğunu vurğulayıb.