Xəbərlər

İran: Hizbullah İsraili peşman edəcək

“Hizbullah İsraili Yaxın Şərqdəki hərəkətlərindən peşman edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın ali dini lideri Ayətullah Xamenei Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın ölümü ilə bağlı xəbərlərdən sonra deyib.

“Bir gün Livan da Allahın köməyi ilə düşməni peşman edəcək”, – ruhani lider bildirib.

“Reuters”in mənbələrə istinadən verdiyi məlumata görə, Xamenei Nəsrullahın ölümü ilə bağlı iddialar fonunda təhlükəsiz yerə köçürülüb. Nəşr qeyd edib ki, İran Nəsrullahın ölümü ilə bağlı xəbərlərdən sonra gələcək addımlar üçün Hizbullah və regiondakı digər müttəfiqləri ilə əlaqə saxlayır.