Xəbərlər

İran: İsrail ABŞ seçkilərinə təsir etmək üçün müharibəni qızışdırmağa çalışır

İsrail ABŞ-ın prezidentlik kampaniyasına təsir etmək məqsədilə Yaxın Şərqi böyük silahlı münaqişəyə sürükləməyə çalışır.

“Füyuzat”ın məlumatına görə, bu fikri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqhai bildirib.

“İşğal rejimi ABŞ-da qarşıdan gələn seçkilərə təsir etmək məqsədilə bütün regionu davamlı müharibəyə sürükləməyə məkrli şəkildə tələsir”, – deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü “X” hesabında yazıb.

“Bununla yanaşı, Amerika hüquq-mühafizə orqanları İranı ABŞ-ın daxili işlərinə qarışmaq cəhddinə yalandan ittiham edir. Bu, anlayışların absurd şəkildə bir-birini tamamlamasıdır”, – deyə diplomat əlavə edib.