Xəbərlər

İran: İsrail bizimlə uzun müharibəyə tab gətirə bilməz

“İsrail İranla uzunmüddətli silahlı münaqişə apara bilməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Müdafiə Nazirliyindən bildirilib.

“Düzdür bizə müəyyən dərəcədə ziyan dəyir. Lakin düşmən strateji baxımdan uzun müddət müqavimət göstərmək və müharibəyə tab gətirmək iqtidarında deyil. Bu rejim məğlub olacaq. Onun onurğa sütunu qırılacaq”, – məlumatda qeyd olunub.