İsrail Livana qarşı müharibəyə başlayarsa, İran Hizbullah hərəkatını tam dəstəkləyəcək.
“Füyuzat”ın məlumatına görə, bunu İranın mənəvi lideri, Ayətullah Əli Xameneinin müşaviri və İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazin “Financial Times” qəzetinə müsahibəsində deyib.
“Belə bir vəziyyətdə bizim Hizbullahı hər vasitə ilə dəstəkləməkdən başqa çarəmiz qalmayacaq. Bütün Livan xalqı və ərəb ölkələri İsrailə qarşı Livanı dəstəkləyəcək. Bununla belə, münaqişənin daha da gərginləşməsi və onun genişlənməsi nə İranın, nə də ABŞ-ın maraqlarına uyğun gəlmir”, – o əlavə edib.