“İran İsrailə növbəti zərbələr endirməkdə özünü məhdudlaşdırmır”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib.
“Biz təcavüzkar İsrail rejiminə aid olan istənilən hədəfə davamlı olaraq hücum edəcəyik və bununla bağlı qarşımızda heç bir məhdudiyyət görmürük”, – Musəvi əlavə edib.