Xəbərlər

İran İsrailin Livana hücumları ilə bağlı BMT TŞ-nin iclasını tələb edib

İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasından (TŞ) İsrailin Beyruta hücumları ilə bağlı təcili iclas çağırmasını tələb edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin Təhlükəsizlik Şurasının sədrinə və BMT baş katibinə ünvanladığı məktubunda bildirilib.

“İran İslam Respublikası bu qorxaq və aqressiv hərəkətləri qəti şəkildə pisləyir, hücumların regional sülh və təhlükəsizlik üçün ağır nəticələrini nəzərə alaraq, Təhlükəsizlik Şurasını birmənalı şəkildə İsrailin hərəkətlərini pisləməyə və bu hərəkətlərə cavab vermək üçün təcili iclas keçirməyə çağırır”, – məlumatda qeyd olunub.