Xəbərlər

İran İsraillə atəşkəs şərtini açıqlayıb

İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı hücumlara cavab verəcəklərini, lakin İsrailin təcavüzü dayandırması və atəşkəsi qəbul etməsi halında bu cavabın növü və şiddətinin dəyişə biləcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Məsud Pezeşkian Nazirlər Kabinetinin Tehranda keçirilən iclası zamanı deyib.

“Hakimiyyətimizin ilk günlərində HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə müharibəyə səbəb olan İsrail rejimi idi. Bəzi ölkələrin məsləhəti ilə biz günahsız qadın və uşaqların öldürülməsinin dayandırılması ümidi ilə təmkinli davrandıq, lakin İsrail cinayətlərini artırıb”, – İran lideri bildirib.